Havay adalarında helikopterin qəzaya uğradığı rayonda altı cəsəd aşkarlanıb

Havay adalarında helikopterin qəzaya uğradığı rayonda altı cəsəd aşkarlanıb

28 Dekabr 2019 15:23
Bəyəndim (0) Bəyənmədim (0)

Havay ştatının Kauai adasında bir sutka öncə gəzinti helikopterinin radarlardan itdiyi ərazidə altı cəsəd aşkarlanıb.

Oxumeni.az NBC telekompaniyasına istinadla xəbər verir ki, itkin düşən bir nəfərin taleyindən hələlik məlumat yoxdur.

Xatırladaq ki, helikopterlə əlaqə dekabrın 27-də kəsilib. İnsident zamanı helikopterin göyərtəsində pilot və altı sərnişin olub.

Qəzadan sonra sahil mühafizə xidməti “HC-130 Hercules” təyyarəsi və “MH-65 Dolphin”, həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin “MH-60R Seahawk” helikopterləri vasitəsi ilə axtarış əməliyyatına başlayıb. İlkin ehtimala görə, helikopter dağlardan birinə çırpılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az