Bu il 700-dən çox əcnəbiyə Estoniya vətəndaşlığı verilib
Bu il Estoniya hökuməti 732 əcnəbiyə vətəndaşlıq verib.
Oxumeni.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, vətəndaşlıq alanlardan 459-u əvvəllər Estoniyada qeyri-rəsmi vətəndaş kimi yaşayıb, 221 nəfər isə Rusiya vətəndaşı olub. Bu il Estoniya vətəndaşlığını, həmçinin 23 ukraynalı, 5 türk, 5 gürcü, dörd belaruslu və 2 pakistanlı alıb.
Bundan əlavə, Estoniya vətəndaşlığına sahib olan şəxslər arasında Əfqanıstan, Ermənistan, Azərbaycan, İsrail, Hindistan, İtaliya, Litva, Latviya, Nigeriya, Şimali Makedoniya, Serbiya, Finlandiya və Tacikistan vətəndaşları da var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az
Digər xəbərlər









































.jpg)

.jpg)











































