Banqladeşdə soyuq hava 50 nəfərin ölümünə səbəb olub

Banqladeşdə soyuq hava 50 nəfərin ölümünə səbəb olub

29 Dekabr 2019 16:06
Bəyəndim (1) Bəyənmədim (0)

Banqladeşdə davam edən soyuq hava şəraiti 50 nəfərin ölümünə səbəb olub.

Oxuməni.az verdiyi xəbərə görə, ölkənin Hidrometeorologiya Mərkəzi dekabrın 29-da ölkədə bu ilin ən aşağı temperaturunun qeydə alındığını açıqlayıb.

Mərkəzin məlumatına görə, Banqladeşin şimalındakı sərhəd şəhəri Tetuliyada temperatur 4 dərəcəyə enib.

Banqladeş Səhiyyə Nazirliyinin yüksək səviyyəli rəsmisi Ayişə Akter bildirib ki, noyabrın 1-dən dekabrın 28-dək ölkədə ən azı 17 nəfər kəskin respirator infeksiyadan, 33 nəfər isə diareyadan ölüb.

Onun sözlərinə görə, son iki ayda ölkə xəstəxanalarına qrip, dehidratasiya və sətəlcəm kimi xəstəliklərindən əziyyət çəkən çoxsaylı insan müraciət edib.

Hidrometeorologiya Mərkəzi külək və qatı duman ilə müşayiət olunan soyuq hava şəraitinin daha bir neçə gün davam edəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az