Sankt-Peterburqda terror aktı törətməyi planlaşdıran üç nəfər həbs edib

Sankt-Peterburqda terror aktı törətməyi planlaşdıran üç nəfər həbs edib

30 Dekabr 2019 13:15
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) terror aktı törətməyi planlaşdıran üç nəfəri ABŞ-dan alınan məlumat əsasında həbs edib.

Oxumeni.az xəbər verir ki, FTX əməkdaşları Yeni il bayramı günlərində Sankt-Peterburqda insanların kütləvi şəkildə toplaşdıqları yerlərdə terror aktı hazırlayan üç rusiyalını ABŞ-dakı həmkarlarından aldıqları məlumat əsasında həbs ediblər.

Saxlanılan şəxslərdən terror aktına hazırlaşdıqlarını təsdiq edən materiallar götürülüb. Faktla bağlı cinayət işi açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az