Qızım xoşbəxt olsa da, mən narahatam

Qızım xoşbəxt olsa da, mən narahatam

30 Dekabr 2019 17:05
Bəyəndim (1) Bəyənmədim (0)

Qreta Tunberqin atası qızının iqlim dəyişikliyinə qarşı mübarizədə fəal kimi önə keçməsinin yaxşı fikir olmadığını deyib.

Oxumeni.az xarici KİV-lərə istinadla xəbər verir ki, Svante Tunberq 16 yaşlı qızının məhz bu səbəbdən məktəbdə dərslərini buraxmasından narazıdır.

Onun sözlərinə görə, qızı iqlim dəyişikliyi uğrunda mübarizəyə qoşulduqdan sonra özünü xoşbəxt hesab etsə də, ata kimi onun taleyi üçün çox narahatdır. O deyib: “Qızım xoşbəxt olsa da, mən narahatam”.

Qeyd edək ki, gənc fəal Qreta Tunberq 2018-ci ilin avqustunda iqlim dəyişikliyi ilə mübarizəyə diqqət çəkmək üçün məktəbdə dərsləri dayandıraraq, tətilə başlayıb və İsveç Parlamentinin önündə oturaraq dinc aksiya keçirib. Bu aksiya qısa müddətdə qlobal hərəkata çevrilib və milyonlarla insan ona dəstək göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az