Bir neçə şəhər və rayonda ictimai nəqliyyatın hərəkəti dayandırılır

Bir neçə şəhər və rayonda ictimai nəqliyyatın hərəkəti dayandırılır

23 Oktyabr 2020 18:48
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərləri və Göygöl, Samux, Sabirabad, Quba rayonları ilə yanaşı, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarında həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Bu barədə Oxuməni.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, həmin şəhər və rayonlarda 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.