Ermənistan tərəfindən atılan “Smerç” yaşayış evinin həyətinə düşüb

Ermənistan tərəfindən atılan “Smerç” yaşayış evinin həyətinə düşüb

24 Oktyabr 2020 09:36
Bəyəndim (0) Bəyənmədim (0)

“Ermənistan tərəfindən yaşayış evinin həyətinə atılan “Smerç” raketi. Başqa heç bir şey Ermənistan tərəfindən mülki şəxsləri ayrıd etmədən və məqsədyönlü şəkildə atəşə tutulmasının sübutu ola bilməz”.

Oxuməni.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində yazıb.

“İndi: Ermənistan tərəfindən yeni denalism dalğası başlayacaq”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri müntəzəm olaraq yerli mülki əhalini hədəfə alır.

Belə ki, düşmən ötən gün Goranboy rayonu Tapqaraqoyunlu kəndinə 9M528 "Smerç" raketini atıb. Raket yaşayış evinin həyətinə düşüb.

Smerch missile in the garden of private residential house fired by #Armenia. Nothing else can prove indiscriminate and targeted shelling of civilians by Armenia. Now: new wave of denalism will start from Armenian side. https://t.co/DRNlSe8U0S

— Hikmet Hajiyev (@HikmetHajiyev) October 24, 2020
Oxuməni.az