Azərbaycanda son sutkada 663 nəfər COVID-19-a yoluxub

Azərbaycanda son sutkada 663 nəfər COVID-19-a yoluxub

27 Oktyabr 2020 15:36
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 663 yeni yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Oxuməni.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 51 149 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 41 693 nəfər müalicə olunaraq sağalıb, 688 nəfər vəfat edib, aktiv xəstə sayı 8 768 nəfərdir.

Ölkədə son sutka ərzində 9700, hazırkı dövrədək isə 1308048 test aparılıb.

Oxuməni.az