Sabah Azərbaycanın bəzi ərazilərində  arabir yağış və qar yağacağı gözlənilir

Sabah Azərbaycanın bəzi ərazilərində arabir yağış və qar yağacağı gözlənilir

29 Yanvar 2021 13:34
Bəyəndim (0) Bəyənmədim (0)

Yanvarın 30-da gözlənilən hava şəraiti açıqlanıb.

Oxuməni.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvarın 30-da Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Yanvarın 30-da Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Arabir duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-4, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 0-3 dərəcə şaxta olacaq. Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 30-da Abşeron yarımadasında sakit hava şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, havada rütubətliliyin çox olması bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Oxuməni.az