Hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq: Yollar buz bağlayacaq

Hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq: Yollar buz bağlayacaq

17 Fevral 2021 11:27
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi ilə bağlı sürücülərə müraciət edib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Agentliyin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, hava şəraitinin kəskin dəıyişəcəyi proqnozu ilə bağlı dağlıq və dağətəyi rayonlardan keçən avtomobil yolları buz bağlaya bilər: "Sürücülərdən xahiş edirik ki, həmin yollardan istifadə edən sürücülər avtomobillərini qış rejiminə uyğun təchiz etsinlər. Təcrübəsiz sürücülər və avtomobili qış rejiminə uyğun olmayanlar bu gecədən etibarən dağlıq və dağətəyi ərazilərdən keçən yollardan istifadə etməsinlər. Bu cür sürücülər əsasən aran rayonlarından keçən avtomobil yolları ilə hərəkətə üstünlük versin".