Azərbaycanda bəzi yollar buz bağladı – Rəsmi açıqlama

Azərbaycanda bəzi yollar buz bağladı – Rəsmi açıqlama

12 Mart 2021 10:32
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda hazırda qar yağır, yolun Quba və Qusar ərazisindən keçən hissəsində 8 dərəcə şaxta var.

Oxuməni.az-a Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyindən daxil olan xəbərdə bildirilir ki, nəqliyyatın hərəkəti təmin olunması istiqamətində yol qardan təmizlənir, enişlərə, həmçinin yoxuşlara duz qum səpilir. Xınalıq istiqamətində yol boyu qar yağır, səhər saatlarından 15 dərəcə şaxta var. Yol boyu hərəkətin təmin olunması məqsədilə yolun hərəkət hissəsindən qar təmizlənir və nəqliyyatın hərəkəti təmin olunur.

Bakı - Qobustan yolunda güclü küləklə müşayyət olunan qar yağır, Qobustan rayonu ərazisində 10-12 sm qar var, şaxta 4-5 dərəcə təşkil edir. Yolun 90-109 km hissəsində buzlaşma əmələ gəlib. Gecə saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Bundan başqa Qobustan - Şamaxı – Muğanlı yolunda 15-20 sm, Muğanlı - Ağsu – Yevlax yolunda 5-6 sm qar var.

Bakı - Ələt – Hacıqabul, Hacıqabul – Ucar – Yevlax, Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi yolunda qar yoxdur.

Muğanlı – İsmayıllı yolunda qar yağır, qarın qalınlığı 15-20 sm arasında dəyişir. Gecə saatlarından başlayaraq yol qardan təmizlənir, qum-duz səpilir.

İsmayıllı - Qəbələ - Oğuz - Şəki yolunda marşrut boyu qar yağır, İsmayıllı və Qəbələ rayonları ərazisinə 3-4 dərəcə şaxta, 10-20 sm qar, Oğuz və Şəki rayonları ərazisində 4-5 sm qar var.

Şəmkir - Gədəbəy zonasında da yolarda qar var.

Ələt – Astara – İran İslam Resp. ilə dövlət sərhədi yolunda sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.