Vladimir Putin Robert Koçaryanı ad günü münasibəti ilə təbrik edib

Vladimir Putin Robert Koçaryanı ad günü münasibəti ilə təbrik edib

31 Avqust 2020 17:18
Bəyəndim (0) Bəyənmədim (1)

Rusiya prezidenti Vladimir Putin Ermənistanın keçmiş prezidenti Robert Koçaryanı ad günü münasibəti ilə təbrik edərək, onun Rusiya-Ermənistan əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfələri qeyd edib.

Oxuməni.az-ın Rossiya 24-ə istinadən verdiyi xəbərə görə, teleqram Kremlin saytında dərc edilib.
"Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Rusiyada sizi müasir Ermənistanın inkişafı üçün çox işlər görmüş görkəmli dövlət xadimi kimi tanıyırlar. Ölkələrimiz arasında dostluq, müttəfiqlik əlaqələrinin möhkəmlənməsinə şəxsi töhfənizi yüksək qiymətləndiririk. Əziz Robert Sedrakoviç, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və ruh yüksəkliyi arzu edirəm", - deyə teleqramda bildirilir.
Kremlin saytında həmçinin deyilir ki, RF başçısı və Ermənistanın eks-prezidenti arasında telefon danışığı olub.
Oxuməni.az