Serbiya prezidenti və Kosovo Baş naziri Vaşinqtonda anlaşma imzalayacaqlar

Serbiya prezidenti və Kosovo Baş naziri Vaşinqtonda anlaşma imzalayacaqlar

4 Sentyabr 2020 11:09
Bəyəndim (1) Bəyənmədim (0)

Serbiya prezidenti Aleksandar Vuçiç və Kosovo Baş naziri Avdulah Hoti sentyabrın 4-də Amerika lideri Donald Trampın iştirakı ilə Ağ Evdə hələlik mətni gizli saxlanılan razılaşmanın imzalanması mərasimində iştirak edəcəklər.

Oxuməni.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə cümə axşamı Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

"ABŞ ilə saat 11.05-də (Bakı vaxtı ilə 19.05-də) prezident Tramp Serbiya Respublikası Prezidentinin və Kosovo Respublikası Baş nazirinin iştirakı ilə imzalanma mərasimində iştirak edəcək",-deyə sənəddə qeyd olunur.

Ağ Evdə Vuçiç və Xotinin hansı sənədi imzalayacağı və onun məzmunu barədə isə məlumat verilmədi. Bununla yanaşı, Serbiya prezidenti Kosovo ilə iqtisadi sahədə razılaşmaların əldə ediləcəyinə ümidvar olduğunu bildirib.

Oxuməni.az