Aleksey Navalnı tamamilə özünə gəlib

Aleksey Navalnı tamamilə özünə gəlib

10 Sentyabr 2020 13:03
Bəyəndim (4) Bəyənmədim (0)

Müxalifətçi Aleksey Navalnı komadan ayıldıqdan sonra tamamilə özünə gəlib.

Oxuməni.az kommersant.ru-ya istinadən xəbər verir ki, Almaniya mətbuatı Navalnının artıq danışa bildiyini yazır. Eyni zamanda The İnsider və Der Spigel nəşrləri bildirirlər ki, Almaniya polisi cənab Navalnıya yeni hücumdan qorxur, buna görə də onun ətrafında qorunma gücləndirilib.

Hər iki nəşr cənab Navalnının vəziyyətinin yaxşılaşdığını bildirir. The Insider-in məlumatına görə, o, təyyarədə pis vəziyyətə düşənə qədər olan hadisələri xatırlayır. Həkimlər hesab edirlər ki, fiziki cəhətdən müxalifətçinin sağlamlığının ən azı 90%-ni bərpa etmək mümkün olacaq, psixi baxımdan isə o, demək olar onun vəziyyəti tamamilə bərpa edilib.

Oxuməni.az