Evlilik haqqında çox mənfi fikirlərim olduğuna görə, daha evlənmək istəmirəm
Ahmet Mümtaz Taylan NTV ekranlarında yayımlanan Empati proqramında qonaq aktrisa Belçim Bilgini qonaq edib. Məşhur aktrisa "Yenidən evlənməyi düşünmürəm. Çünki evliliklə bağlı çox mənfi fikirlərim var" deyə bildirib.
Mümtaz bir müddət əvvəl yol qəzası keçirən Bilginə "Qəzadan sonra həyatında nəsə dəyişdimi?" deyə soruşub.
Bilgin, “İki yol qəzası keçirdim və hər ikisində insult riski ilə üzləşdim. İlk qəza hadisəsi zamanı mən həyatımda heç kimi incitməməyə inandım. Son qəzada öyrəndim ki, insan özündən çox şey verməməlidir. Nə edirsən et, hamını xoşbəxt edə bilməzsən”.
Mümtaz Bilgindən ana olmağın necə olduğunu soruşub. Bilgin, “Bütün ürəyim mərhəmət və şəfqətlə doludur. Elə vaxtlar olub ki, bu qədər sevgi ilə nə edəcəyimi bilmirdim. Analıqda əlimdən gələni edirəm, amma hər zaman çatışmazlıqların olduğunu düşünürəm. Oğlumun gələcəyi ilə bağlı planlar qurmuram. Mən ona ancaq fürsət verə bilərəm”.
Bilgin, “Bir daha evlənmək istəmirəm. Çünki evlilik haqqında çox mənfi fikirlərim var. İnanıram ki, bu rəqəmsal dövrdə hər şeyin amansızcasına tükəndiyi bir vaxtda evliliyin üzərinə qoyulan yüklər sevgiyə böyük yük gətirir. Sevgini sübut etmək üçün evlilik kimi bir qurumun möhürlənməsinə ehtiyac yoxdur”, - deyə o sözlərinə əlavə edib.
Murad Şahməmmədov































































































