Hülya Avşar cazibədar bədən quruluşu ilə hər zaman görənləri heyran qoyur
Hülya Avşar tətil mövsümünü qara rəngli dəniz geyimi ilə açıb. O, evinin döşəməsinə boya ilə çiçəklər çəkib. Avşar boya və fırça götürüb otağının döşəməsinə çiçək şəkli çəkdiyi anları sosial media hesabında paylaşıb. Onun məhz dəniz geyimində etdiyi bu paylaşım çoxlu sayda şərhlərlə diqqət çəkib.
Qeyri adi paylaşımları ilə diqqətdə qalmağa çalışan Hülya Avşar hər il olduğu kimi bu il də mövsümü maraqlı açıb. 59 yaşlı məşhur qara rəngli dəniz geyiminə görə gündəmdə qalmağı bacarıb. Bu anları sosial media hesabından paylaşan Avşar "Hər cür parket boyanır" deyərək onu izləyənlərə səslənib.
Hər zaman bədənini nümayiş etdirən Hülya Avşar ötən günlərdə dənizdə selfi etdiyi anları da paylaşmışdı. 59 yaşlı məşhur öz cazibədar bədən quruluşu ilə hər zaman görənləri heyran qoyur.
Oxuməni.az































































































