Hamı əylənərkən biz işləyirik

Hamı əylənərkən biz işləyirik

25 İyun 2023 08:28
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən axşam məhşur mügənni Buray və aktrisa Ezgi Şenler cütlüyü jurnalistlərlə söhbət edib. Gənc sevgililər Buray və Ezgi Şenler tətil planlaşdırmadıqlarını bildiriblər. İkili "Hər kəs əylənərkən biz işləyirik" deyə bildiriblər.

Yeni eşq üçün yola çıxan müğənni Buray və aktrisa Ezgi Şenler ötən gün bir elit məkandan çıxarkən obyektivlərə əks olunub. Mətbuat mənsublarının suallarını cavablandırmaqdan yayınmayan Buray və Ezgi Şenler, "Bu gün ikimiz üçün də boş gün idi. Dostlarımızla şam yeməyi yedik" deyə bildiriblər. Hələ yay tətili planlarının olmadığını bildirən ikili, "Hər kəs əylənərkən biz işləyirik. Bir neçə günlük fasilə olsa təbii ki, edərdik. Bir az çətin görünür" deyə bildiriblər. Xoş əhval-ruhiyyələri ilə diqqət çəkən məşhur cütlük müsahibədən sonra evə yollanıb.

Oxuməni.az