Röyadan keçmiş həyat yoldaşı haqda şok etiraf: "Onun ailəsi var və..."

Röyadan keçmiş həyat yoldaşı haqda şok etiraf: "Onun ailəsi var və..."

8 İyul 2023 14:04
Bəyəndim (0) Bəyənmədim (0)

Xalq artisti Röya Ayxan Xəzər televiziyasında “Xəzər axşamı” verilişində keçmiş həyatı yoldaşı, iş adamı Anar Cəlilov haqqında etirafı ilə diqqət çəkib.

Oxuməni.az xəbər verir ki, xalq artisti ona ünvanlanan pərəstişkarının “Keçmiş həyat yoldaşınız Anar Cəlilovu sevirsiniz?” sualına “Yox, ona hörmət edirəm. Çünki övladım Hüseynin atasıdır”, - deyə cavab verib.

Xalq artisti aparıcı Mətanət Əliverdiyevanın “Elə demə, sevirsən. Gözlərindən görürəm” sözlərinə “Elə demə, onun ailəsi var. Aləmi bir-birinə qatma (gülür). Qadın gərək sevdiyi şəxsdən dünyaya uşaq gətirsin ki, hər ikisinə də böyük sevgi bəslənsin”, - deyib.

Xalq artisti onu da bildirib ki, öz həyatından mahnı oxumayıb: “Amma mahnı ifa edəndən sonra o həyatı yaşamağa başlayıram”.

İfaçı xalq artisti Aygün Kazımova ilə duet oxunması haqqında ünvanlana sualına isə “Aygün Kazımova ilə bir dəfə bayramda duet ifa etmişik. İnşallah, niyə də olmasın”, - deyə cavab verib. Teleqraf.com