Emrahın oğlu Tayfun Ərdoğan Eda İrapla evlənib

Emrahın oğlu Tayfun Ərdoğan Eda İrapla evlənib

24 İyul 2023 10:44
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Emrahın imtina etdiyi, sonradan DNT testləri nəticəsində qəbul etdiyi oğlu Tayfun Ərdoğan ötən ilin yanvarında nişanlandığı Eda İrapla ailə həyatı qurub. Nuri Alço Ərdoğanın nikah şahidi olub. Atası Emrah Ərdoğanla illərdir görüşməyən Tayfun Ərdoğan ötən ilin yanvarında Eda İrapla nişanlanıb. Mərasimə Tayfun Ərdoğan və Eda İrapın yaxın dostları və ailə dostları qatılıb. Dəvət olunanlar arasında olan Nuri Alço Tayfun Ərdoğanın nikah şahidliyini öz üzərinə götürüb. Nuri Alço duyğulu çıxış edərək, "Hər zaman Tafunun yanında olacağıma söz verirəm. Onu təbrik edir, xoşbəxtlik arzulayıram" deyib.

Tayfun Ərdoğan, "Yaxşı, əmi atanın yarısı deməkdir, qardaşım. Evliliyimin bu xoşbəxt günündə toy şahidi olduğun üçün sənə təşəkkür edirəm. Toy mərasiminə getməyən Emrah Ərdoğan oğlunun yanında olmayıb və sosial şəbəkədə mövzu ilə bağlı heç nə paylaşmayıb. Xatırladaq ki, Tayfun Ərdoğan bir müddətdir eşq yaşadığı sevgilisi Eda İrapa 2022-ci ilin dekabrında evlilik təklifi edib və "Hə" cavabını alıb.

Bu ilin yanvar ayında evliliyə ilk addımını atan cütlük ailə arasında sadə mərasimlə nişan üzüklərini taxıblar.

Murad Şahməmməd