Songül Karlı estetika ilə tamamilə fərqli bir insan oldu

Songül Karlı estetika ilə tamamilə fərqli bir insan oldu

25 İyul 2023 11:45
Bəyəndim (0) Bəyənmədim (0)

Estetik prosedurları ilə adından söz etdirən 49 yaşlı məşhur müğənni Songül Karlı sosial media hesabından etdiyi paylaşımlarla hər gün pərəstişkarlarını təəccübləndirməyə davam edir. Hər etdiyi əməliyyatla tamam dəyişən Songül Karlının estetik macərası davam etməkdədir. Sentyabrda 50 yaşı tamam olacaq Songül Karlı növbəti dəfə bıçaq altına düşüb. Karlının həkimi "Orta üz gərmə, Botoks və Paris parıltı stili etdik" deyə bildirib.

Karlı, “Küçədə plastik əməliyyat olmayan qadın görmək mümkün deyil. Hamı bunu edir. Arzu edirəm ki, bu hamıya yaraşsın” deyə sosial media hesabından paylaşım edib.

Karlının illər ərzində dəyişdiyi fotolarda da öz əksini tapıb. Songül Karlı bu son pozası ilə bədən quruluşu ilə bağlı tərifli şərhlər alıb. Hadisəyə bənzədilib. İzləyicilərindən biri məşhur adın şəklinə “Hadisəyə getdikcə daha çox oxşayırsan” qeydini qoyub. Son zamanlar estetik əməliyyatları ilə haqqında çox danışılan və tamam fərqli insana çevrilən Songül Karlı estetikadan rəsmən doymur.

Oxuməni.az