Hande Yener bundan sonra Kiprdə yaşayacaq

Hande Yener bundan sonra Kiprdə yaşayacaq

28 İyul 2023 13:12
Bəyəndim (0) Bəyənmədim (0)

Tez-tez Kiprə konsertlərə gedən Hande Yenerin vətən sevgisi onun sərmayələrində də özünü göstərir. Məşhur estrada müğənnisi çox sevdiyi Girnədə özünə dəbdəbəli ev alıb. Təbiətlə iç-içə olan layihənin penthaus mənzilli evin həm dağ, həm meşə, həm də dəniz mənzərəsi var.

Hande Yener evini aldıqdan sonra Kiprdə yeni albomunda hər üç mahnıya klip çəkdirib. Yener "Aphrodisiac" albomuna daxil olan "Hop Hop", "Catla" və "Yara" mahnılarının klipləri üçün kamera qarşısına keçib. Çox güman ki, Hande Yener bundan sonra Kiprdə yaşayacaq.

Murad Şahməmməd