Madonna: "Mən sağ olduğum üçün şanslıyam"

Madonna: "Mən sağ olduğum üçün şanslıyam"

31 İyul 2023 11:28
Bəyəndim (0) Bəyənmədim (0)

İyun ayında ciddi bakterial infeksiya ilə reanimasiyaya alınan Madonna sağ qaldığı üçün özünü şanslı hiss etdiyini və ailəsinə təşəkkür etdiyini bildirib.

Amerikalı müğənni xəstəxanadan çıxandan düz 1 ay sonra instaqram hesabında fotolarla birlikdə "Ailə və dostların verdiyi sevgi ən yaxşı dərmandır" mesajını paylaşıb. Nyu-Yorkda bir xəstəxananın reanimasiya şöbəsində bir neçə gün qaldıqdan sonra iyunun 29-da evə buraxılan 64 yaşlı Madonnanın müalicəsi evində davam etdirilib.

Madonnanın iyulun 15-də Kanadanın Vankuver şəhərindən başlaması planlaşdırılan dünya turnesi də xəstəliyi səbəbindən təxirə salınıb.

6 uşaq anası olan Madonna İnstaqramda yazıb: "Bir ana olaraq, özünüzü həmişə uşaqlarınızın ehtiyaclarına həsr etdiyinizi hiss edə bilərsiniz... Amma işlər pisləşəndə ​​onlar həqiqətən mənim yanımda oldular".

Uşaqlarının daha əvvəl görmədiyi bir tərəfini gördüyünü ifadə edən Madonna, "Bu, hər şeyi dəyişdi" deyə bildirib. Madonna meneceri Qay Oseariyə təşəkkür mesajını "Məni qoruduqları və burada qalıb işlərimi bitirməyimə kömək etdikləri üçün bütün mələklərimə təşəkkür edirəm" sözləri ilə yekunlaşdırıb. Xatırladaq ki, Madonnanın instaqramda təxminən 19 milyon izləyicisi var.

Murad Şahməmməd