Üç villa, beş mənzil, 6 kababxana... İbrahim Tatlısəs susdu

Üç villa, beş mənzil, 6 kababxana... İbrahim Tatlısəs susdu

3 Avqust 2023 11:30
Bəyəndim (0) Bəyənmədim (0)

İbrahim Tatlısəs sosial mediada sürətlə yayılan şəxsi var-dövləti ilə bağlı susqunluğunu pozub. Dünən bəzi xəbər saytlarında sürətlə yayılan «sərvəti heyrətamiz olan məşhurlar» siyahısında İbrahim Tatlısəsin adı birinci olub.

«İbrahim Tatlısəsin sərvəti» başlıqlı xəbərdə türkiyəli məşhur müğənninin sərvəti belə sıralanıb:

Kababxana, Televiziya binası, Tatlıses Şirkətlər Qrupunun binası, By Tatlısesgiyim emalatxanası və mağazası, Seyrantəpədə 1,5 sot torpaq sahəsində Demirciköy Alarko Sitesində villa, Seyrantepe OYAK Sitesində üç mənzil, Şanlıurfa, Şanlıurfada mənzil, İzmirdə 3 sot torpaq, Narlıdere Folkart Evləri, Hadımköy Günışığı Konaklarında villa, 1 qayıq, 2 sürətli qayıq, 2 Mersedes avtomobili, 3 Cip, 1 limuzin, 20 şirkət maşını, Bodrumda 48 mənzil Bitez Tatlıses Cənnət mənzilləri və bir içi villa, Bodrum Bitezdə 6,5 sot dəniz sahilində 26 otaqlı Golo Beach Hotel, Bodrum Bitezdə 6,5 sot torpaq, Kuşadasında 8 sotda 6 mərtəbə, 157 otaq 314 çarpayılıq Tatlıses Hotel, 5 İstanbul Kabab restoranı, Satellite kanal və D-Smart TV kanalı, Tempo TV bir çox şəhərlərdə milli olaraq yayımlanır.

Tvitter səhifəsindən açıqlama verən məşhur türkiyəli müğənni «Tü tü maşallah! Ümid edirəm buna göz dəyməz. Allahıma qurban olum, bunlar hamısı bizimdir! Sizə desəm inanmayın» deyə bildirib.

Daha əvvəl oğlu Ahmet Tatlısəslə «mülk» üstündə mübahisə edən İbrahim Tatlısəs, «Vaxtı gələndə pulumla nə edəcəyimi bilirəm. Hamısını Mehmetçik Vəqfinə bağışlayacağam» sözləri ilə ön plana çıxmışdı.

Murad Şahməmməd