Robbi Uilyams Türkiyədə ilk konsertini verəcək

Robbi Uilyams Türkiyədə ilk konsertini verəcək

15 Avqust 2023 11:40
Bəyəndim (0) Bəyənmədim (0)

Dünya şöhrətli britaniyalı müğənni və bəstəkar Robbi Uilyams Türkiyədəki ilk konsertini avqustun 17-də Bodrumda verəcək. 17 min 600 lirəyə satılacaq konsert biletlərini onlayn satış kanalları vasitəsilə əldə etmək mümkün olacaq.

Dünya şöhrətli britaniyalı müğənni və söz yazarı Robbi Uilyams avqustun 17-də Bodrumda musiqisevərlərlə görüşəcək. Türkiyədə ilk konsertini Bodrumda verəcək Uilyams avqustun 17-də saat 21.00-da Bodrumdakı bir oteldə sevənləri ilə görüşəcək. Konsertin biletləri 17 min lirədən satışa çıxarılacaq.

Robbi Uilyamsın konsert repertuarındakı məşhur mahnılarından əlavə, əfsanəvi “Feel” adlı əsərini də ifa edəcəyi öyrənilib. Digər tərəfdən, konsertin keçiriləcəyi otelin saytında verilən açıqlamada oteldə qalanların konsertə pulsuz, oteldən kənardan gəlmək istəyənlərin isə ödənişlə iştirak edə biləcəyi qeyd edilib. Musiqisevərlər konsertin biletlərini onlayn satış kanalları vasitəsilə əldə edə bilərlər.

Murad Şahməmməd