Oktay Kaynarca telefon nömrəsinin icazəsiz verilməsinə görə sərt davranıb

Oktay Kaynarca telefon nömrəsinin icazəsiz verilməsinə görə sərt davranıb

18 Avqust 2023 10:15
Bəyəndim (0) Bəyənmədim (0)

"Ben Bu Cihana Sığmazam" serialının baş rol ifaçısı Oktay Kaynarca onun telefon nömrəsinin kimlərəsə icazəsiz verildiyini, tanımadığı adamlar tərəfindən narahat edildiyini deyərək məsələyə sərt reaksiya verib. İnstaqram hesabında «Telefon davranışı» başlığı ilə 9 maddə qeyd edən Kaynarca telefondan istifadə edərkən etiket qaydalarına riayət edilməsi lazım olduğunu bildirib.

1.8 milyon izləyicisi olan İnstaqram hesabından "Telefonda davranışı və etiket" deyərək 9 maddəni sıralayan Oktay Kaynarca, "1-Telefonda maksimum üç dəfə zəng çağırmalıdır. 2- Vacib bir vəziyyət olmadıqda, gec və ya çox erkən zəng etmək uyğun deyil. 3- Söhbətlər mümkün qədər qısa olmalıdır. 4- Zəng etdiyiniz şəxs başqa zəngdədirsə və dərhal sizə qayıtmırsa, zəngi bitirməlisiniz və onun sizə zəng etməsini gözləməlisiniz. 5- Ailə üzvlərinin video zəng etməsi mümkündür. 6- Söhbətlərin təhlükəli mühitlərdə və platformalarda getdiyini nəzərə alaraq söhbətin məzmununa diqqət yetirilməlidir. 7- Telefon kəsildiyi halda danışıq əsnasında birinci zəng edən yenidən zəng etməlidir. 8 - Sizdən tələb olunan telefon nömrəsi sahibindən soruşmadan verilməməlidir. 9- Reklamlarda, promosyonlarda başqalarının telefon nömrəsi verilməməlidir və s.

Murad Şahməmməd