Sərdar Ortaç azərbaycanlı rəqqasə ilə evlənəcəyini açıqladı

Sərdar Ortaç azərbaycanlı rəqqasə ilə evlənəcəyini açıqladı

17 Sentyabr 2023 12:37
Bəyəndim (0) Bəyənmədim (0)

Bir müddət əvvəl son konsert turuna çıxdığını və karyerasını bitirəcəyini bildirən türkiyəli müğənni Sərdar Ortaç növbəti açıqlaması ilə diqqət çəkib.

İfaçı növbəti dəfə evlənəcəyini vurğulayıb. Bu barədə o, sosial media hesabında deyib.

"İnci, eşqim, bu mahnı sənin üçündür. Onunla evlənəcəyəm. Bərabər yaşlanıb öləcəyik. Eşqim mənim" deyə, o, söyləyib.

Sərdar izləyicilərin "İnci kimdir?" sualını isə "Qırmızı saçlı rəqqasəm" deyə, cavablayıb.

Türk mediasında yer alan məlumatlara görə, söhbət İnci Həbibova Altaydan gedir. 35 yaşlı rəqqasənin Azərbaycan əsilli olduğu bildirilib. İnci 1988-ci ildə Bakıda dünyaya gəlib. Rəqs üzrə dərslərini Bakıda alan İnci Türkiyəyə getdikdən sonra Mustafa Sandal, Sərdar Ortaç kimi sənətçilərin rəqs qruplarında yer alıb. O, bir müddət "Show TV"də yayımlanan "Dance with me" yarışında münsiflərdən biri olub.

Qeyd edək ki, ifaçı keçmiş həyat yoldaşı, model Xloe Luqnanla qalmaqallı şəkildə boşandıqdan sonra evlənməyəcəyini demişdi.

Axşam.az