Fatman Skoop kimi tanınan məşhur amerikalı reper İsaak Friman səhnədə huşunu itirərək ölüb

Fatman Skoop kimi tanınan məşhur amerikalı reper İsaak Friman səhnədə huşunu itirərək ölüb

5 Sentyabr 09:30
Bəyəndim (0) Bəyənmədim (0)

Fatman Skoop kimi tanınan amerikalı reper İsaak Friman Konnektikut ştatının Hamden şəhərində çıxışı zamanı səhnədə huşunu itirib və ölüb.

Bu barədə "Nyu York Post" məlumat yayıb.

Hadisə yerinə gələn həkimlər ifaçının həyatını xilas edə bilməyiblər.

Reper 1990-cı illərdə "Be Faithful" mahnısı ilə şöhrət qazanıb.

O, Qremmi də daxil olmaqla bir neçə musiqi mükafatının və nominasiyasının sahibi və namizədi olub.

Reperin 53 yaşı var idi.

Oxuməni.az