MTN işində şok gəlişmə: müğənninin “polkovnik əri” ssenarisini kim quraşdırıb?
MTN işində adı hallanmış müğənni Şəbnəm Tovuzlunun doğulacaq övladının atasının kimliyi haqda sensasion bilgilər yayılıb.
Sözügedən şəxsin Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovniki Eyvaz Əsgərov olmasının tirajlanması bir ssenari imiş.
İddialara görə, planlaşdırıkan bu oyunun arxasında Ş.Tovuzlunun sevgilisi və MTN generalı Akif Çovdarovla əlaqəsi olmuş iş adamı Famil Xəlilov dayanır.
Biznesmen medianın gündəmindən çıxmaq və məsələni ört-basdır etmək üçün şayiə yaydırıb ki, Şəbnəmlə ayrılıblar.
Daha sonra Hacı Rafiq adlı iş adamının adı çəkilib və ardınca həbsxana rəisinin uşağın atası olduğu barədə iddialar meydana gəlib.
Bir qədər əvvəl də icra başçısı ilı sevgili olduğu bildirilmişdi. Bütün bunlar iz azdırmaq üçün plan olub.
Bu qurulmuş plan üzrə iş gedib və F.Xəlilovun istəklərinə uyğun olub. Əslən şəmkirli olan biznesmen Rusiyada pomidor ticarəti ilə məşğuldur. Artıq Ş.Tovuzlu skandalı Rusiya bazarlarında da yayılıb.
F.Xəlilov isə geriyə çəkilərək gizlənib. Yada salaq ki müğənni bir müddət qabaq bildirmişdi ki Famillə münasibətləri bərpa olunub. Ehtimallara görə, uşağın atası da Famil Xəlilovdur.
Bəs, kimdir Famil Xəlilov və o hara, Çovdarov hara? Bu barədə media üzərindən apardığımız araşdırmalar bəzi mətləbləri üzə çıxarıb.
Famil Qoçu oğlu Xəlilov Şəmkirin Şiştəpə kəndindəndir. Bakıya bir neçə ilə əvvəl Peterburqdan köçüb.
Onunla birgə Zaur Rəfael oğlu İmamverdiyev də olub. Bakıda F.Xəlilovla Z.İmamverdiyev digər həmyerliləri, Şəmkirin Düyərli kəndindən olan Seymur İsayevlə biznes qurublar.
Şəriklər "Evrostroy" tikinti şirkətində həmin vaxt S.İsayevlə Hacı Rafael Qarayevə ortaq olublar. S.İsayevin şirkətə həmyerlilərini şərik etmək istəməsi R.Qarayevin ciddi narazılığı ilə qarşılanıb.
Aralarında mübahisə yaranıb və dərinləşib. kik-boks üzrə idman ustası olan R.Qarayevi şəriklikdən uzaqlaşdırmaq üçün başlanan dava-dalaş uzanır. Bu mübahisələrin sonunda S.İsayev A.Çovdarova müraciət etməli olub. Onların tanış olduqları deyilir.
MTN generalının işə qarışması məsələyə möhürünü vurur və Qarayev biznesdən kənarlaşdırılır. İddialara görə, Çovdarov tərəfindən təzyiqlə üzləşən biznesmen şəriklikdən getməyə məcbur qalır.
Bununla da aydın olur ki, şəmkirli ortaqlar hər hansı problemi çözməkdə çətinlik çəkəndə "mafiya babası" kimi ad çıxarmış generalla şəxsi tanışlıqdan istifadə edirlər.
Məlumata görə, xəbər mətbuatda dərc olunduqdan sonra Penitensiar Xidmət rəhbərliyi araşdırma aparıb və E.Əsgərovun müğənni ilə yaxınlığı barədə təftişə başlayıb.
Bu səbəbdən rəhbərlik E.Əsgərovun işdən azad edilməsi ilə bağlı qərar qəbul edildiyi iddia olunur. Yaxın günlərdə 10 saylı Cəzaçəkmə Müəssisəsinə yeni təyinatın olacağı gözlənilir.
Çünki onun adı neçə gündür ki mediada hallanır. Müğənninin bir müddət öncə Çovdarovun yaxın dostu Famil Xəlilov adlı iş adamının sifarişiylə saxlanıldığı barədə mətbuatda xəbərlər dolaşırdı.
Məlum olub ki, bu şəxs uzun müddət Şəbnəm Əsədova ilə vətəndaş nikahında yaşayıb və məhz sənətçini qısqandığından belə bir addım atıb.
Belə ki, Əsədovanın davranışları son zamanlar sevgilisində şübhələr yaratdığından və onun həyatında başqa birinin olduğunu düşündüyündən dostu Çovdarovdan bu cür xahişdə bulunub. Çovdarov isə dostunun sözünü yerə salmayıb.
Daha sonra Çovdarov Şəbnəm Tovuzlunu MTN-ə çağıraraq hədə qorxu gəlib və Familin bağışladığı evi qaytarmağı tələb edib. Eyvaz Əsəgərov nəqliyyat nazirinin müavini Arif Əsgərovun qardaşıdır. O, 10 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən əvvəl 2 saylı müəssisəyə də rəhbərlik edib. (politika.az)
mediainfo.az













































.jpg)
.jpg)






.jpg)






















.jpg)


















