Supermodel İrina Şeyk açıq dekolteli donla ictimaiyyət qarşısına çıxıb
Supermodel İrina Şeyk açıq dekolteli donla ictimaiyyət qarşısına çıxdı. Məşhur şəkli İnstaqramda paylaşdı
İrina Şeyk həmkarları model Emili Ratajkovski və Aleks Konsani ilə bir restoranda şəkil çəkdirib. Model kamera qarşısına açıq dekolteli qara donla poza verib. O, saçlarını aşağı salıb və qara göz layneri ilə axşam makiyajı edib. Oxuməni.az xəbər verir ki, bu barədə İrina Şeykin köməkçisi instaqramda bildirib.

Bu arada Şeykin həmkarı model Kendall Cennerin keçmiş sevgilisi, NBA ulduzu Devin Bukerlə münasibəti barədə şayiələr yayılıb. Supermodel idmançı ilə Hamptonsdakı bir restoranda görüntülənib. Lakin onların internetdə birlikdə çəkdirdikləri şəkillər yoxdur. Məşhurların özləri hələlik romantika şayiələrinə münasibət bildirməyiblər.
Daha sonra ulduzlara yaxın bir şəxs Şeyk və Bukerin bir neçə ay əvvəl ortaq dostlar vasitəsilə tanış olduqlarını açıqladı. "People" tabloidinin məlumatına görə, supermodel və idmançının münasibətləri bu yaxınlarda başlayıb, lakin onlar "bir-birini həqiqətən sevirlər". Mənbə əlavə edib ki, cütlük hazırda NBA ulduzu məşqlərə başlamazdan əvvəl birlikdə mümkün qədər çox vaxt keçirməyə çalışır.
Daha əvvəl İrina Şeyk NBA ulduzu ilə romantik münasibətlər barədə şayiələr arasında çılpaq foto paylaşmışdı.
Əziz MUSTAFA






























































































