Hollandiyada türkiyəli gənc öldürülüb
Hollandiyanın Haaqa şəhərində Türkiyə vətəndaşı olan gəncə silahlı hücum olub. Hadisə nəticəsində gənc aldığı yaralardan yerindəcə keçinib. Polis 24 yaşlı gəncin öldürülməsində şübhəli bilinən 3 şəxsi həbs edib.
Öldürülən gəncin bacısı Hollandiya
mətbuatına verdiyi açıqlamasında deyib ki, qardaşını milliyyətinin sırf türk
olduğuna görə öldürüblər.
Qeyd edək ki, son zamanlar Hollandiyada xarici vətəndaşlara qarşı ayrı-seçkilik artmaqdadır. Xüsusən də Türkiyə vətəndaşlarına qarşı münasibət əvvəlki illərə nisbətən pisləşib.
Digər xəbərlər