Türkiyə 50 milyon dollarlıq borcun üstündən xətt çəkib
Türkiyə Qırğızıstanın 50 mln dollarlıq borcunu silib. Türkiyə mətbuatının xəbərinə görə, bu barədə Qırğızıstanın baş naziri Almazbek Atambayev açıqlama verib.
Ankarada keçirilən Türkiyə-Qırğızıstan Ticarət və İnvestisiya Forumuna qatılan
A.Atambayev bildirib ki, müvafiq razılaşma dünən Türkiyənin baş naziri Rəcəb
Tayyib Ərdoğanla keçirdiyi görüşdə əldə olunub.
A.Atambayev görüşün detallarını da açıqlayıb: " Tayyib bəyi pul verməsi
üçün sıxışdırdıq. O da "mənə niyə təzyiq edirsən?" deyə soruşdu.
Cavab verdim ki, sizdən başqa böyük qardaşımız yoxdur. Tayyib bəy də 50 mln
dollar borcumuzu sildi".
Qırğızıstanın baş naziri qeyd edib ki, Türkiyə son 10 ildə borc istəyən ölkədən
borc verən ölkəyə çevrilib.
İstəyənin bir üzü qara, verməyənin iki üzü...
Hafiz Əhmədov
O.M.