Suriyada üsyan alovlanmaqda davam edir
Suriya prezidenti Bəşər Əsədin keçən həftə fövqəladə vəziyyəti ləğv etməsi də üsyançıları sakitləşdirməyib. Əksinə üsyan gedərək alovlanmaqda davam edir.
Dünən Suriyada siyasi təşkilat olan Müsəlman Qardaşlar Hərəkatı xalqı küçələrə çıxmağa səsləyib. Təşkilat "Azadlıq və şərəfiniz üçün tək səs, tək ürək olun. Sizi qul vəziyyətinə salmağa icazə verməyin" bəyanatını yayıb.
Bu gün cümə namazından sonra paytaxt Dəməşq şəhərinin qarışacağı gözlənilir.
Qeyd edək ki, 6 həftə əvvəl başlamış xalq hərəkatında bu günə qədər 450 nəfərdən çox adam ölüb, minlərlə adam həbs edilib.
Digər xəbərlər