Braziliyada qəzaya uğrayan təyyarənin göyərtəsində 61 nəfər olub
Braziliyada qəzaya uğrayan təyyarə barədə bəzi təfərrüatlar məlum olub.
Sərnişinlərdən biri Braziliyanın Vinhedo şəhəri yaxınlığında qəzaya uğrayan təyyarəyə gecikib.
G1 xəbər portalı yazır ki, qəza zamanı təyyarənin göyərtəsində 61 sərnişin - dörd ekipaj üzvü və 57 sərnişin olub. Bundan əvvəl həmin xəbər portalı təyyarədə 58 sərnişinin olduğunu bildirmişdi.
Bundan əvvəl G1 portalı bildirmişdi ki, Kaskaveldən (Parana ştatı) Quarulhosa (San-Paulu ştatı) uçan 2283 saylı reys qəzadan əvvəl SOS siqnalı göndərməyib.
Saat 13:20-dək uçuş normal davam edib, lakin 13:21 saatdan sonra təyyarə əlaqəni kəsib, qəza siqnalı göndərməyib və əlverişsiz hava şəraiti barədə məlumat verməyib.
Oxuməni.az
Digər xəbərlər