Netanyahu İsraili Hindistanla müqayisə edərək onu supergüc və nəhəng adlandırdı

Netanyahu İsraili Hindistanla müqayisə edərək onu supergüc və nəhəng adlandırdı

07:48
Bəyəndim (1) Bəyənmədim (0)

İsrail Baş naziri Benyamin Netanyahu ölkəsini supergüc və nəhəng hesab edir. O, bu fikrini Knessetdə (parlament) Hindistan Baş naziri Narendra Modinin yəhudi dövlətinə səfəri münasibətilə çıxışı zamanı İsraili Hindistanla müqayisə edərkən bildirdi.

"Hindistan əhalisi bir yarım milyard olan nəhəng bir gücdür. İsrail bir qədər kiçikdir (əhalisi təxminən 10 milyondur - TASS). Amma İsrail həm də nəhəngdir. O, supergücdür. Ruh nəhəngi, əməl nəhəngi, möcüzələr göstərməyə qadirdir", - deyə İsrail Baş naziri hesab edir.

O, həmçinin İsrail və Hindistanın bir-birini mükəmməl şəkildə tamamladığı və iki ölkə arasındakı müttəfiqlik münasibətlərinin "görünməmiş yüksəkliklərə qaldırılmalı" olduğu fikrini ifadə etdi. Netanyahu iddia etdi ki, "Bizim müttəfiqliyimiz güclü tərəflərimizin güclü bir artırıcısıdır".

Əziz MUSTAFA