Florida Baş Prokuroru Ceyms Utmeyer Kuba sahillərində  atışma ilə bağlı istintaq başladıb

Florida Baş Prokuroru Ceyms Utmeyer Kuba sahillərində atışma ilə bağlı istintaq başladıb

08:01
Bəyəndim (1) Bəyənmədim (0)

Florida Baş Prokuroru Ceyms Utmeyer Kuba sahillərində baş verən qayıq hadisəsi ilə bağlı istintaqın başlandığını elan etdi. Kuba hakimiyyəti ölkənin ərazi sularına daxil olan Amerika qayığının heyətinin sərhəd patrul zabitlərinə atəş açdığını iddia etdi.

"Mən Baş Prokurorluğa, federal tərəfdaşlarımız, ştat hakimiyyəti orqanları və hüquq-mühafizə orqanlarına istintaq başlatmağı tapşırdım... Kuba hökumətinə etibar etmək olmaz", - Utmeyer sosial mediada yazıb.

Kuba Daxili İşlər Nazirliyinin məlumatına görə, 25 fevral səhəri Floridada qeydiyyatdan keçmiş bir qayıq Kuba ərazi sularına daxil olub. Kuba sərhəd patrul zabitləri gəmiyə yaxınlaşanda qayığın heyəti atəş açıb. Amerika qayığındakı dörd nəfər həlak olub, altı nəfər yaralanıb. Bir Kuba sərhəd patrul zabiti də yaralanıb.

"The New York Times" qəzeti mənbəyə istinadən yazır ki, Amerika qayığının ABŞ Hərbi Dəniz Qüvvələri və ya Sahil Mühafizəsi ilə heç bir əlaqəsi yoxdur.

Əziz MUSTAFA