Politico: ABŞ hakimiyyəti İranın Ali Liderinə zərbə endirilməsini istisna etməyib

Politico: ABŞ hakimiyyəti İranın Ali Liderinə zərbə endirilməsini istisna etməyib

11:41
Bəyəndim (2) Bəyənmədim (0)

Politico mənbələrə istinadən xəbər verir ki, ABŞ hakimiyyəti ölkəni "başını kəsmək" üçün İranın Ali Lideri Ayətullah Əli Xameneinin öldürülməsini nəzərdən keçirir.

ABŞ prezidenti Donald Trampın müşavirləri əmindirlər ki, ABŞ İranı "bombalayacaq". Başqa bir mənbəyə görə, ABŞ həmçinin Tehranın nüvə obyektlərinə zərbə endirməyi də nəzərdən keçirir.

Qəzetin məlumatına görə, Vaşinqton administrasiyasına yaxın olanlar hesab edirlər ki, İsrail İrana ilk zərbəni endirərsə, bu, ABŞ üçün daha sərfəli olardı. Onların fikrincə, mümkün İsrail hücumu Vaşinqtona münaqişəyə girmək üçün bəhanə verəcək cavaba səbəb olacaq.

Nəşrin mənbələrindən biri bildirib ki, "Administrasiya daxilində və ətrafında İsrailin ilk hərəkətə keçməsinin siyasi cəhətdən sərfəli olacağı, iranlıların da eyni şəkildə cavab verəcəyi və bizə hərəkət etmək üçün daha çox stimul verəcəyi barədə bir fikir var."
Rəsmilər hesab edirlər ki, əgər İran ABŞ müttəfiqinə qarşı güc tətbiq edərsə, Amerika seçiciləri bu ölkədəki hərbi əməliyyatları daha çox dəstəkləyəcəklər. Buna baxmayaraq, nəşrin mənbələri ABŞ-İsrail birgə hücumunun ən çox ehtimal olunan ssenari olaraq qalması ilə razılaşırlar. Vaşinqtondakı İsrail səfirliyi nəşrin hesabatına şərh verməkdən imtina edib.

Əziz MUSTAFA