BVF Ukrayna üçün 8,1 milyard dollarlıq kredit müqaviləsini 26 fevralda nəzərdən keçirəcək
Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası 26 fevralda Ukrayna üçün yeni 8,1 milyard dollarlıq maliyyələşdirmə proqramını nəzərdən keçirəcək. Bu barədə Reuters öz mənbələrinə istinadən məlumat yayıb.
19 fevralda BVF-nin sözçüsü Julie Kozak brifinqdə bildirib ki, BVF komandası yeni proqramı yaxın günlərdə baxılması üçün qurumun İcraiyyə Şurasına təqdim edəcək.
Ukrayna bir neçə ildir ki, büdcə kəsirini Qərb tərəfdaşlarından alınan kreditlər və qrantlar hesabına ödəyir. BVF Kiyevin əsas kreditorlarından biridir. BVF-nin Genişləndirilmiş Fond Mexanizmi (EFF) hazırda 15,6 milyard dollar həcmində fəaliyyət göstərir. Onun 2023-2027-ci illər üçün nəzərdə tutulduğu planlaşdırılır, lakin Kiyev Fonddan yeni bir proqramın başlamasını istəyib. Yeni proqram üzrə danışıqlar artıq davam edir və 48 ay ərzində 8,1 milyard dollar olacağı gözlənilir. Lakin proqramı işə salmaq və hazırkı proqram çərçivəsində növbəti tranşları almaq üçün Ukrayna bir sıra şərtlərə cavab verməlidir, o cümlədən vergilərin artırılması və hər hesabat dövründə müntəzəm olaraq BVF auditlərindən keçmək.
Əziz Mustafa



















.jpg)
.jpg)
.jpg)


























.jpg)
.jpg)
.jpg)
































