İran Azərbaycanla sərhəd boyunca hava məkanını bağlayıb
İran, Azərbaycanla sərhəd yaxınlığında, yer səviyyəsindən 10.000 fut (təxminən 3.300 metr) yüksəkliyə qədər pilotsuz uçuş aparatlarının (PUA) istifadə ediləcəyi barədə NOTAM (Hava Misiya Bildirişi) yayıb.
Oxuməni.az xəbər verir ki, bu barədə "flightradar24" monitorinq resursu məlumat yayıb. Resurs, həmçinin İranın NOTAM xəbərdarlığı yaydığı dəniz sahəsinin koordinatlarını dərc edib.
NOTAM (İngiliscə "NOtice To Air Missions" - Hava Misiya Bildirişi, əvvəllər "Notice to Airmen" - Aviatorlar üçün Bildiriş) - telekommunikasiya vasitələri ilə yayılan və hər hansı bir aeronaviqasiya avadanlığının, xidmətin və ya qaydaların tətbiqi, vəziyyəti və ya dəyişikliyi haqqında məlumatı, yaxud uçuşlarla əlaqəli personal üçün əhəmiyyətli təhlükə məlumatını ehtiva edən bildirişdir.
Yaranmış vəziyyətdə İranın bu xəbərdarlığı, Xəzər dənizində Azərbaycanla sərhədlər boyunca bütün dəniz zonasının üzərindəki hava məkanının bütün növ uçuşlar üçün qapalı olması deməkdir. Bu, İranın bu hava məkanında pilotsuz təyyarələrin iştirakı ilə təlimlər keçirdiyini göstərir.
İranın Xəzər dənizi üzərində pilotsuz uçuş aparatlarının iştirakı ilə keçirdiyi təlimlər, ABŞ-ın bölgədə böyük hərbi qüvvələrini səfərbər etməsi və Tehrana mümkün hərbi əməliyyatlar barədə təhdidlər fonunda baş verir.
Almaz Həsənli































.jpg)
.jpg)
.jpg)































.jpg)
.jpg)
.jpg)














