Düşmən atəşkəsi pozmaqda davam edir
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 3-də saat 13.00-dan 13.40-dək
Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən
Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar.
Düşmən qüvvələri mayın 4-də də atəşkəs rejimini pozub. Belə ki,
Ermənistan silahlıları mayın 4-də saat 00.10-dan 00.30-dək Füzuli rayonunun
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 03.10-dan
03.15-dək və 03.12-dən 03.14-dək Ağdam rayonunun Mərzili və Yusifcanlı kəndləri
yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz
mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur, itki yoxdur.