
Velosiped sürən kişini maşınla vurub öldürdülər
Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxumeni.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı-Quba yolunun 145-ci kilometrliyində, Vəlvələ kəndi ərazisində Kamal Həsənov idarə etdiyi avtomobillə velosiped sürən 51 yaşlı Əhməd Tahirovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Faktla əlaqədar araşdırmalar aparılır, ekspertizalar təyin edilib.
O.M.
Digər xəbərlər