Prezident kənd sakinləri üçün tikilmiş yeni mənzillərlə tanış olub

Prezident kənd sakinləri üçün tikilmiş yeni mənzillərlə tanış olub

5 May 2011 17:09
Bəyəndim (0) Bəyənmədim (0)


Oxumeni.az prezidentin saytına istinadən bildirir ki, prezident İlham Əliyev Sabirabad rayonuna səfəri çərçivəsində ötən ilin mayında Kür çayının daşması nəticəsində Qasımbəyli kəndində evlərini itirmiş sakinlər üçün tikilmiş yeni mənzillərlə tanış oldu. Dövlət başçısına məlumat verildi ki, təbii fəlakətin baş verdiyi bölgədə işlər bu gün də davam etdirilir. Daşqınlar nəticəsində dağılmış evlərin əvəzinə yenilərinin tikilməsi, zərər çəkmiş binaların isə bərpa olunması istiqamətində işlər uğurla həyata keçirilir. Bu məsələdə Sabirabad rayonu da diqqətdən kənarda qalmamışdır. Qasımbəyli kəndində 74 ev tikilmişdir ki, onlardan 55-i artıq istifadəyə verilmişdir. Ümumilikdə isə Qasımbəyli də daxil olmaqla Sabirabadın Yuxarı Axtaçı, Muradbəyli, Əsgərbəyli kəndlərində 169 fərdi ev tikilmişdir. Bu evlərin 85-i artıq istifadədir.

Qeyd olunub ki, zərər çəkən insanlara 10 milyon manatadək kompensasiya ödənilmişdir. Rayonun Kür çayı boyunca yerləşən kəndlərində bəndvurma və sahilbərkitmə işlərinin əsas mərhələsi başa çatdırılmışdır. Ümumilikdə bu il rayon ərazisində Kürün sağ və sol sahilləri boyunca 16 kilometr məsafədə mühafizə bəndinin təmiri və qayakəsmə işləri aparılmışdır. Sabirabadın bir çox kəndlərində ümumilikdə 13 su keçidi və şlüzlər tikilmişdir. Bununla da gələcəkdə yarana biləcək problemlərin qarşısı alınmış, insanların təhlükəsizliyinin maksimum təmin olunması sahəsində ciddi işlər görülmüşdür. Ev sahibləri göstərilən yüksək diqqət və qayğıya, onlar üçün inşa edilmiş geniş və yaraşıqlı evə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.


Ellə gələn toy-bayram olar...

Elvin Babayev

O.M.