Orta məktəbin həyətində top mərmisi tapılıb

Orta məktəbin həyətində top mərmisi tapılıb

14 Aprel 2014 17:02
Bəyəndim (0) Bəyənmədim (0)

Orta məktəbin həyətində top mərmisi tapılıb. Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, mərmi bu gün Hacı Zeynalabdin Tağıyev qəsəbəsində aşkarlanıb.

Qəsəbə ərazisində yerləşən Laçın rayon İmanlar kənd orta məktəbinin həyətində tapılan, istifadəyə yararsız mərmi ərazidən götürülərək təhlükəsiz zonaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.