Dünyanın ən yalnız adamı
Yaponiyada 11 mart tarixində baş verən 9 bal gücündəki zəlzələ və ardından gələn sunami bölgədə yaşayan on minlərlə adamın həyatını bir anda alt-üst etdi. Paltarlarından başqa bir şeyi qalmayan Kazuo Ito da onlardan biridir.
Zəlzələ və sunamidən xilas olmağı bacaran 69 yaşlı Kazuo Ito ən çox dağıntının yaşandığı Miyagi bölgəsində ( hansı ki, köhnədən onun burada evi var idi) evinin olduğu sahildə kədərli gözlərlə okeana baxır. Daha bir ay əvvəl təqaüdə çıxmaq üçün planlar hazırlayan Ito nəhəng dalğaların öz evi də daxil olmaqla təxminən 130 evi okeana sürüdüyü sahili hər gün ziyarət edir. Itonun üzərindəki iş paltarlarından başqa heç bir şeyi qalmayıb.
Yaponiyada zəlzələdən təxminən bir ay keçməsinə baxmayaraq, dağıntılar altından hələ də cəsədlər çıxarılır. Rəsmi rəqəmlərə görə, fəlakət səbəbi ilə ölənlərin sayı 10 mini keçərkən, yüz minlərlə adam evini itirib. Düşərgələrdə və ya mərkəzlərdə yaşamaq məcburiyyətində qalan yaponlar evlərini və ən çox da yaxınlarının ölümünün acısını yaşamaqdadırlar.
O.M.