Əxlaqsız administrator işdən qovuldu
Qubadakı "Rixos" oteldə iş üçün müraciət edən xanıma əxlaqsız təklif edən işçi artıq işdən kənarlaşdırılıb.
Bu barədə Axar.az-a adı çəkilən otelin türkiyəli meneceri Ömər məlumat verib: "Siz məlumat verəndən sonra Ümid adlı həmin şəxsi tapdıq. O, artıq otelimizin işçisi sayılmır. İşdən azad edilib".
Qeyd edək ki, Axar.az-ın əməkdaşına məlumat verən və adının açıqlanmasını istəməyən qız ona əxlaqsız təklif edən şəxsin adının Umud olduğunu demişdi: "İş üçün müraciətlə bağlı Bakıdan Qubaya getdim. Bəhs etdiyim əxlaqsız təklifi "Rixos" otelinin ikinci administratoru Umud edib. İş üçün müraciət etdiyim oteldə mənə qarşı bu cür əxlaqsız təklif edilməsindən sonra özümü çox pis hiss edirəm".
Onu da xatırladaq ki, "Rixos" otelinin nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsus olduğu barədə iddialar var. Daha dəqiqi, A.Məmmədova məxsus "Qarant" holdinq öz rəsmi internet səhifəsində otelin bu holdinqə məxsus olmasını təsdiq edir.
Mediainfo.az












.jpg)
.jpg)
.jpg)
























.jpg)






















































