18 yaşlı oğlan avtobusdan yıxılaraq ölüb

18 yaşlı oğlan avtobusdan yıxılaraq ölüb

21 Avqust 2014 18:21
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda 18 yaşlı oğlan bədbəxt hadisənin qurbanı olub. Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə "Baksol yolu" adlanan ərazidə qeydə alınıb.

Abşeron rayon sakini, 1996-cı il təvəllüdlü Bəhruz İdris oğlu Cəfərov 71 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusundan yıxılaraq ölüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Mediainfo.az