Bakıda maşın işıq dirəyinə çırpıldı
Paytaxtın Nərimanov rayonunda ötən gecə yol qəzası qeydə alınıb. Samir Mustafayevin idarə etdiyi "Mercedes" Ziya Bünyadov prospektində sürücünün idarəetməni itirməsi ilə iki hərəkət zolağının ortasındakı işıq dirəyinə çırpılıb. Zərbədən işıq dirəyi yerindən çıxıb və aşmış avtomaşına dolanıb. Qəzada sürücü Samir Mustafayev yüngül xəsarət alıb. Ona hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım briqadası tərəfindən ilkin tibbi yardım göstərilib. Qəzanın baş vermə səbəblərini isə Nərimanov rayon polis idarəsi və DYP şöbəsinin əməkdaşları araşdırır.
İşıq dirəyinin qopması ilə nəticələnən qəzanın səbəblərinə polis işıq salacaq.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər