“Azərsu” işçi qəbulu elan edib
"Azərsu" ASC-nin "Sukanal" Elmi-Tədqiqat Layihə İnstitutu iş həcminin artması ilə əlaqədar konstruktor, konstruktor-hidrogeoloq, elektrik, smetaçı, topoqraf-geodeziyaçı, geoloq ixtisasları üzrə işçi qəbulu elan edir. "Azərsu" ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinidən verilən məlumata görə, iddiaçı namizədlərdən kompüter bilikləri, xüsusən də "AutoCAD", "SMETA plyus" proqramlarında sərbəst işləyə bilmək və müasir topogeodeziya avadanlıqlarından istifadə etmək bacarıqları tələb olunur. Maraqlananlar şəxsi məlumatlarını (CV) [email protected] elektron ünvanına göndərə bilərlər. Müsabiqəyə bu sahədə ən azı 5 il iş stajına malik şəxslər buraxılır.
İnanırıq ki, "Azərsu"da işə qəbul şəffaf su kimi aparılacaq.
Tofiq Əliyev
O.M.