Dünən 5 həmyerlimiz suda boğulub
Ötən gün Azərbaycanda 5 nəfər suda boğulub. Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən verdiyimiz məlumata görə, Kür çayının Şəmkir rayonu ərazisindən keçən hissəsində 21 yaşlı Rahib Zöhrab oğlu Abbasov batıb. Onun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılıb.
Bundan başqa, Kür çayının Yevlax rayonu
ərazisindən keçən hissəsində 2, Xəzər dənizinin nəzarətsiz ərazisində 2 nəfərin
batdığı ehtimal olunur. Onların axtarışları davam etdirilir.
Dənizin nəzarət olunan və nəzarət olunmayan
hissəsində çimərkən batma təhlükəsi ilə üzləşmiş 5 nəfər isə FHN əməkdaşları
tərəfindən xilas edilib.
Adam hamamda da çimməkdən ehtiyat edir...
Günel Həbib
O.M.
Digər xəbərlər