Qəzadan 8 ay sonra öldü

Qəzadan 8 ay sonra öldü

17 Avqust 2015 16:45
Bəyəndim (0) Bəyənmədim (0)

Şəmkir rayonunda 8 ay əvvəl yol qəzasında xəsarət alan kişi ölüb. Yol-nəqliyyat hadisəsi cari il yanvar ayının 28-də Şəmkir şəhərində baş verib.

Məlumata görə, rayon sakini İlkin Hüseynov idarə etdiyi "VAZ-21074" markalı avtomobillə yolu keçən həmyerlisi Səyyaf Səfərovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilib. 8 ay Səyyaf Səfərova tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, avqustun 14-də xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az