Dezinformasiya yayan KİV nümayəndələri cəbhəboyu zonalara buraxılmayacaq
Nazirlər Kabineti "Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası"nın təsdiq edib.
"Report"un xəbərinə görə, bu barədə qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Bu qayda jurnalistlərin Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttinə bitişik ərazilərdə akkreditasiyası, o cümlədən kütləvi informasiya vasitələri nümayəndələrinin cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Müdafiə Nazirliyi ilə razılaşdırılmasını qaydasını müəyyən edir.
Qaydaya əsasən, nümayəndələrinin akkreditə olunması üçün yerli KİV təsisçi haqqında məlumatı, akkreditə olunacaq əməkdaşların tərcümeyi-halını, iki ədəd fotoşəklini, şəxsiyyət və xidmət vəsiqələrinin sürətini, KİV orqanının ünvanını, əlaqə telefonlarını, internet saytını, elektron poçt ünvanını Müdafiə Nazirliyinə təqdim etməlidir.
Azərbaycanda daimi nümayəndəliyi olan xarici KİV isə Müdafiə Nazirliyinə daimi nümayəndəliyin rəsmi müraciətini, Xarici İşlər Nazirliyinin verdiyi akkreditə kartlarını, akkreditə olunacaq əməkdaşların pasportlarının və xidməti vəsiqələrinin surətini, iki ədəd fotoşəklini, akkreditə üçün doldurulmuş anket formasını təqdim etməlidir.
Yeni sənədlə akkreditədən imtina və onun ləğv olunması qaydaları da müəyyənləşib. KİV dövlət bütövlüyünə, ölkənin təhlükəsizliyinə, ictimai asayişə ciddi zərbə vuran çağırışlar və ya informasiyalar, milli, dini, irqi, sosial ədalətsizliyi təbliğ etdikdə, mötəbər mənbə adı altında vətəndaşların şərəf və layəqətini, alçaldan şayiələr, habelə akkreditə edən təşkilatın şərəf və ləyaqətini ləkələyən, yaxud onun haqqında yalan və qərəzli yazılar yaydıqda və bu məhkəmənin qanuni qüvvəyə minmiş qətnamsəi ilə təsdiq edildikdə, KİV məhkəmənin qərarı ilə qərəzli yazılara görə son bir il məsuliyyətə cəlb olunduqda, "Dövlət sirri haqqında" qanunun tələbləti yerinə yetirilmədikdə, əcnəbi və ya ali təhsil olmayan şəxs mətbu nəşrin baş redaktoru təyin edildikdə, mətbuat azadlığından və jurnalist hüququndan sui-istifadəyə görə son bir il müddətində inzibati məsuliyyətə cəlb edildikdə, KİV-in xarici xarici dövlət orqanı, fiziki və ya hüquqi şəxlər tərəfindən qanunazidd şəkildə maliyyələşdirildiyi müəyyənləşdirildikdə akkreditədən imtina edilir.
Nümayəndənin akkreditə edilmiş KİV-lə əmək münasibətlərinə xitam verdikdə, KİV-in fəaliyyəti dayandırıldıqda akkreditə ləğv edilir.
Akkreditə edən təşkilat akkreditəni ləğv etmədən akkreditə edilmiş nümayəndənin digər şəxslə əvəz olunmasını tələb edə bilər. KİV rəhbərinə yazılı məktub göndərilməklə akkreditə ləğv olunur. Müəyyənləşdirilmiş sənədlər təqdim edilmədikdə və ya həmin sənədlərdə çatışmazlıqlar olduqda onların aradan qaldırılması üçün Müdafiə Nazirliyi tərəfindən 7 gün müddətinə təyin edilir. Təyin olunmuş müddət ərzində müvafiq sənədlər təqdim edilmədikdə və ya çatışmazlıqlar aradan qaldırılmadıqda akkreditədən imtina edilir.
Mediainfo.az


















































.jpg)










































